Tramp üçtərəfli görüşə müsbət baxır. Başqa nə bəyan etdi?

Tramp üçtərəfli görüşə müsbət baxır. Başqa nə bəyan etdi?

Sevinc Kərimova · Siyasət ·

ABŞ prezidenti Donald Tramp Rusiya prezidenti Vladimir Putin və Ukrayna prezidenti Volodimir Zelenski ilə İstanbulda keçirilməsi təklif olunan üçtərəfli görüşə dəstək verdiyini açıqlayıb.

Redaksiya xəbər verir ki, Tramp bu cür bir görüşün baş tutacağını təsdiqləyərək əlavə edib: “Olacaq. Amma bu görüş üç ay əvvəl keçirilməli idi.”

Trampın bu bəyanatı, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın liderləri İstanbulda bir araya gətirmə təşəbbüsünün real siyasi gündəmə daxil olduğunu göstərir.

Trampdan iqtisadi açıqlama: artıq ödənilmiş vergilər geri qaytarılacaq

Tramp, Axios-a verdiyi müsahibədə, bu il tətbiq olunan gömrük tariflərindən əldə edilən gəlirlərlə amerikalı vergiödəyicilərə artıq ödənilmiş vergilərin qaytarılacağını da açıqlayıb. Bu addım, daxili bazarda inflyasiyanın azaldılması və seçki öncəsi ictimai dəstəyin gücləndirilməsi məqsədi daşıyır.

HƏMAS haqqında sərt ifadə: “Onlar sadəcə ölmək istəyirlər”

Tramp, İsraillə HƏMAS arasında davam edən münaqişəyə də toxunaraq sərt bəyanat verib: “HƏMAS İsraillə razılaşma istəmir. Məncə onlar sadəcə ölmək istəyirlər.”

Prezidentin bu ifadələri, ABŞ-ın İsrailə verdiyi dəstəyin davam edəcəyinin və HƏMAS-ın mövqeyinə qarşı sərt xəttin qorunacağının göstəricisi kimi qiymətləndirilir.

Sevinc Kərimova