Amerika Birləşmiş Ştatları və İsrailin İrana qarşı hərbi əməliyyatları fonunda maliyyə bazarlarında kəskin dalğalanmalar müşahidə olunur. Belə bir şəraitdə bəzi investorlar qiymətlərin aşağı həddə düşdüyü zaman alqı-satqı strategiyasını mənimsəyirlər.
Redaksiya məlumat verir ki, bu yanaşmanın əsasını ABŞ prezidenti Donald Trampın böhran anlarında geri addım atacağı gözləntisi təşkil edir. Piyasada bu strategiya "Trump Always Chickens Out" (Tramp həmişə geri çəkilir), yəni TACO ticarəti kimi tanınır.
Lakin mütəxəssislər İran böhranının Trampın keçmişdə geri addım atdığı hallardan fərqli ola biləcəyinə diqqət çəkirlər. Onlar qeyd edirlər ki, mövcud geosiyasi vəziyyət daha mürəkkəb ola bilər və bu da investorların gözləntilərini təsdiqləməyə bilər.
