ABŞ prezidenti Donald Tramp Somalilandin müstəqilliyinin tanınması məsələsinə hazır olmadığını bildirib. O, İsrailin bu istiqamətdə atdığı addıma baxmayaraq, mövqeyinin dəyişmədiyini və məsələni hazırda açıq saxladığını vurğulayıb.
Redaksiya New York Post istinadla xəbər verir ki, ABŞ prezidenti Donald Tramp nəşrə verdiyi açıqlamada Somaliland məsələsini “araşdıracağını” deyib. Tramp Somalilandin Abraham razılaşmalarına qoşulmaq və ya ABŞ üçün hərbi-dəniz bazası yerləşdirmək təkliflərini əhəmiyyətsiz adlandırıb.
ABŞ prezidenti Donald Tramp açıqlamasında “Somalilandin nə olduğunu doğrudanmı kimsə bilir?” sualını səsləndirib. Onun bu mövqeyi Vaşinqtonun hazırkı mərhələdə regionla bağlı ehtiyatlı siyasət yürütməyə üstünlük verdiyini göstərir.
Məsələ beynəlxalq ictimaiyyətdə diqqətlə izlənilir və Trampın mövqeyi gələcək diplomatik proseslərə təsir göstərə biləcək amil kimi qiymətləndirilir. ABŞ administrasiyasının mövqeyində dəyişiklik olub-olmayacağı yaxın dövrdə aydınlaşa bilər.
