Tramp sərt hücum etdi: “Bütün saxta jurnalistlər dərhal qovulmalıdır”

Tramp sərt hücum etdi: “Bütün saxta jurnalistlər dərhal qovulmalıdır”

Sevinc Kərimova · Siyasət ·

ABŞ prezidenti Donald Tramp sosial şəbəkədə CNN və New York Times-ı hədəfə alaraq onları yalan məlumat yaymaqda ittiham edib.

Redaksiya xəbər verir ki, Tramp Truth Social hesabında yayımladığı açıqlamada bildirib:

“CNN və New York Times-da çalışan saxta xəbər yayan jurnalistlər dərhal işdən çıxarılmalıdır! Bunlar pis niyyətli insanlardır!”

O, əlavə edib ki, İranın nüvə obyektləri ilə bağlı dərc olunan xəbərlər tamamilə yalan olub:

“Deyilənə görə, çökən New York Times və saxta CNN həmin xəbərləri uyduran jurnalistləri qovacaq, çünki vəziyyəti tamamilə səhv təqdim etdilər. Baxaq, nə baş verəcək.”

Tramp CNN-i daha sərt şəkildə tənqid edərək deyib:

“Saxta CNN o qədər iyrənc və bacarıqsızdır ki, mediada ən axmaq aparıcılar onlardadır.”

ABŞ prezidenti Pentaqonun keçirdiyi mətbuat konfransını isə yüksək qiymətləndirib:

“Bəlkə də gördüyüm ən peşəkar və təsdiqləyici mətbuat konfransı idi. Saxta xəbərləri yayan hər kəs qovulmalıdır və böyük döyüşçülərimizdən, hər kəsdən üzr istəməlidirlər.”

Sevinc Kərimova