Tramp Qəzza üzrə sülh sazişini imzaladı

Tramp Qəzza üzrə sülh sazişini imzaladı

Sevinc Kərimova · Siyasət ·

ABŞ Prezidenti Donald Tramp Qəzzada atəşkəs və sülhün təmin edilməsini nəzərdə tutan sazişi rəsmən imzalayıb.

Redaksiya xəbər verir ki, sənədə ABŞ-la yanaşı Misir, Qətər və Türkiyə liderləri də imza atıblar. Tramp imzadan sonra bəyan edib ki, “İsraillə HƏMAS arasında əldə olunan bu razılaşma qalıcı olacaq.”

Saziş bölgədə humanitar yardımların genişləndirilməsini, İsrail qoşunlarının mərhələli şəkildə geri çəkilməsini və Qəzzada yeni mülki idarəetmə strukturunun yaradılmasını nəzərdə tutur.