Tramp: Qəzza razılaşması əldə olunmuş kimi görünür

Tramp: Qəzza razılaşması əldə olunmuş kimi görünür

Sevinc Kərimova · Siyasət ·

ABŞ-ın hazırkı prezidenti Donald Tramp bildirib ki, Qəzzadakı münaqişənin həlli ilə bağlı razılaşma əldə olunmağa yaxındır. O, BMT Baş Assambleyası çərçivəsində liderlərlə görüşdüyünü və müzakirələrin müsbət nəticə verdiyini vurğulayıb.

Redaksiya xəbər verir ki, Tramp açıqlamasında “girovların azad olunmasının əsas prioritet olduğunu” xüsusi qeyd edib. Onun sözlərinə görə, məqsəd həm girovların qaytarılması, həm də bölgədə sabitliyin təmin olunmasıdır.

Tramp əlavə edib ki, ABŞ tərəfdaşları ilə birlikdə sülhün bərqərar olması üçün bütün imkanlardan istifadə edəcək və prosesin tezliklə nəticə verəcəyinə ümid edir.