Tramp qəzəblidir. Los-Ancelesdəki iğtişaşlar genişlənir – VİDEO | FOTO

Tramp qəzəblidir. Los-Ancelesdəki iğtişaşlar genişlənir – VİDEO | FOTO

Sevinc Kərimova · Hadisə ·

ABŞ prezidenti Donald Tramp Kaliforniyada artan iğtişaşlara görə Los-Ancelesə hərbi qüvvə göndərə biləcəyini açıqlayıb.

Redaksiya xəbər verir ki, Tramp vəziyyətin daha da pisləşəcəyi təqdirdə dəniz piyadalarının şəhərə göndəriləcəyini bəyan edib: “Gərək olsa, ordumuzu hər yerə göndərəcəyik. Ölkəmizin parçalanmasına imkan verməyəcəyik.”

Prezident Tramp həmçinin Kaliforniya qubernatorunu “bacarıqsız”, Los-Anceles meri Karen Bassi isə “cinayətkarları və üsyançıları qorumaqda” günahlandırıb. ABŞ Daxili Təhlükəsizlik Nazirliyi də merin bu mövqeyini “iğrənc” adlandırıb. Meksika Prezidenti isə ABŞ-ı miqrantlara cinayətkar kimi davranmaqdan əl çəkməyə çağırıb.

Sevinc Kərimova