ABŞ Prezidenti Donald Tramp video müraciətində Qəzza məsələsində göstərdikləri dəstəyə görə Qətər, Türkiyə, Səudiyyə Ərəbistanı, Misir, İordaniya və digər ölkələrə təşəkkür edib.
Redaksiya xəbər verir ki, Tramp bu günü “tarixi bir gün” kimi dəyərləndirib və prosesin necə irəliləyəcəyini izləyəcəklərini bildirib. ABŞ Prezidenti bildirib ki, regiondakı birliyin davamlı sülhün əsasını təşkil edəcəyinə inanır.
Tramp həmçinin beynəlxalq tərəfdaşlara səslənərək bölgədəki prosesin uğurla nəticələnməsi üçün əməkdaşlığın davam etdirilməsinin vacibliyini vurğulayıb.
