ABŞ prezidenti Donald Tramp Rusiya Prezidenti Vladimir Putin ilə arasında keçən maraqlı bir dialoqu ictimaiyyətlə bölüşüb. Tramp, Putinin Melanya Tramp haqqında dediklərini zarafatla, lakin incikliklə qeyd edib.
Redaksiya mənbəyə istinadən xəbər verir ki, Tramp açıqlamasında belə deyib: “Putin dedi ki, həyat yoldaşınıza böyük hörmət edirlər. Mən də cavab verdim: ‘Bəs mənə necə?’ (Putin) — Onlar Melanyanı daha çox sevirlər. (Tramp) Mənim üçün bu problem deyil! (Bu yaxşı olmadı!)”
Hadisə sosial şəbəkələrdə və mediada böyük marağa səbəb olub. Trampın bu açıqlaması bir tərəfdən diplomatik səviyyədə qeyri-rəsmi münasibətlərin yumoristik yönünü ortaya qoysa da, digər tərəfdən, onun özünəməxsus üslubunu da bir daha xatırladıb.
Sevinc Kərimova
