Tramp Mertsə çağırış etdi, o da sözünü dəyişdi

Tramp Mertsə çağırış etdi, o da sözünü dəyişdi

Könül Məmmədova · Media ·

ABŞ prezidenti Donald Tramp Almaniya kanslerinə Rusiya-Ukrayna müharibəsinə daha çox vaxt ayırmağı tövsiyə edib. O, həmçinin İran təhdidini aradan qaldıranlara müdaxilə etməməyin vacibliyini vurğulayıb.

Redaksiya xəbər verir ki, Almaniya kansleri Fridrix Mers öz növbəsində İranı danışıqlar masasına gəlməyə çağırıb. O qeyd edib ki, Tehran gecikdirmə taktikalarına son qoymalı və bütün regionu, nəticədə isə bütün dünyanı girov saxlamağı dayandırmalıdır.

Mersin bəyanatına görə, İranın hərbi nüvə proqramına son qoyulmalıdır. Bundan əlavə, İsrailə və onun regiondakı tərəfdaşlarına qarşı əlavə hücumlar olmamalıdır.