Tramp: Kəşfiyyatım yanılır!

Tramp: Kəşfiyyatım yanılır!

Sevinc Kərimova · Siyasət ·

ABŞ prezidenti Donald Tramp ölkəsinin kəşfiyyat orqanlarının İranın nüvə silahı hazırladığına dair sübut olmadığına dair verdiyi rəsmi mövqeni açıq şəkildə təkzib edib. O, bu fikirlərlə razı olmadığını və kəşfiyyat qurumlarının səhv etdiyini bildirib.

Redaksiya xəbər verir ki, Ağ Evdə jurnalistlərlə keçirilən brifinqdə Trampa belə bir sual ünvanlanıb: “Sizin kəşfiyyat orqanlarınız İranın nüvə silahı əldə etməyə çalışdığına dair heç bir sübutun olmadığını deyir. Bu barədə nə düşünürsünüz?

Tramp isə qısa cavab verib: “O zaman onlar yanılır. Bunu kim deyib?” Jurnalist ona cavabında bildirib ki, bu fikri onun öz kəşfiyyat direktoru Talsi Qabbard səsləndirib. Tramp isə: “Yanılır,” – deyə cavab verərək, İranın nüvə ambisiyalarına dair ciddi narahatlıq ifadə edib.

Bu bəyanat Tramp administrasiyası ilə ABŞ kəşfiyyat orqanları arasında bu mövzuda fikir ayrılığını bir daha gündəmə gətirib.