Tramp Kaliforniya qubernatorunun həbsi üçün çağırış etdi

Tramp Kaliforniya qubernatorunun həbsi üçün çağırış etdi

Sevinc Kərimova · Siyasət ·

ABŞ prezidenti Donald Tramp Kaliforniya ştatının hazırkı qubernatoru Qavin Nyusomun (Gavin Newsom) həbs olunmasını tələb edib. Bu bəyanat sosial şəbəkələrdə və siyasi dairələrdə geniş rezonansa səbəb olub. Bəzi analitiklər bunu ABŞ-da hüquqi və siyasi sabitliyə qarşı açıq təhlükə kimi qiymətləndirir.

Redaksiya xəbər verir ki, Tramp “əgər Nyusom qanunlara əməl edə bilmirsə, nəticələrinə qatlanmalıdır” deyə bəyanat verib və onun “həbs olunmasının zəruri olduğunu” bildirib. İctimai reaksiyalarda bu çağırış “demokratiyanın mahiyyətinə zidd” və “avtoritarizmə atılan ən açıq addım” kimi şərh edilib.

Gavin Nyusom isə hələlik bu çağırışla bağlı açıqlama verməyib. Lakin ABŞ Konqresində və hüquq müdafiə institutlarında məsələ ciddi şəkildə izlənilir. Qanunverici orqan nümayəndələri Trampın bu çağırışını demokratik sistemə qarşı təhdid kimi dəyərləndirərək araşdırma tələb edirlər. ABŞ tarixində bir prezidentin vəzifədə olan qubernatoru hədəf göstərərək həbs çağırışı etməsi nadir hal sayılır.

Sevinc Kərimova