ABŞ Prezidenti Donald Tramp İranla bağlı sərt açıqlamalar verib.
Redaksiya məlumat verir ki, Tramp İranın 47 ildir ABŞ və dünya ilə “oyun oynadığını”, danışıqları uzatdığını və prosesi ləngitdiyini bildirib.
Tramp keçmiş prezident Barak Obamanın İran siyasətini də tənqid edib. Onun sözlərinə görə, Obama administrasiyası İsraili və ABŞ-ın müttəfiqlərini kənara qoyaraq Tehrana böyük imkan yaradıb.
ABŞ lideri bildirib ki, Obama dövründə İrana yüz milyardlarla dollar və 1,7 milyard dollar nağd vəsait verilib.
Trampın sözlərinə görə, İran bu pulları gördükdən sonra ABŞ rəhbərliyini zəif hesab edib.
O, İranı illər boyu Vaşinqtonu yayındırmaqda, amerikalıların ölümünə səbəb olmaqda, etirazları yatırmaqda və ABŞ-a qarşı istehza ilə davranmaqda ittiham edib.
Tramp bildirib ki, Tehran bundan sonra artıq “gülməyəcək”.
