Tramp: İran nüvə silahından imtina edib

Tramp: İran nüvə silahından imtina edib

Könül Məmmədova · Media ·

ABŞ Prezidenti Donald Tramp Vaşinqton və Tehran arasında son 24 saatda “çox yaxşı danışıqlar” aparıldığını bildirib. O, İranla razılaşmanın əldə olunmasının yüksək ehtimal olduğunu deyib.

Redaksiya Reuters və Anadolu Agentliyinə istinadla xəbər verir ki, Tramp İranın razılaşma istədiyini və tərəflər arasında danışıqların müsbət istiqamətdə getdiyini açıqlayıb. ABŞ liderinin sözlərinə görə, mümkün anlaşmanın əsas şərtlərindən biri İranın nüvə silahı əldə etməməsi olacaq.

Tramp bildirib ki, İran nüvə silahına malik olmayacaq və Tehran bu prinsiplə razılaşıb. O, razılaşma üçün konkret son tarix olmadığını, lakin danışıqlarda ciddi irəliləyiş əldə edildiyini vurğulayıb.

Məlumata görə, Vaşinqton və Tehran arasında danışıqlar Pakistan vasitəçiliyi və ABŞ nümayəndələri üzərindən davam edir. Gündemdə İranın nüvə proqramı, Hörmüz boğazı, sanksiyalar və müharibənin başa çatdırılması məsələləri var.

Bununla belə, İran tərəfi Trampın “Tehran razılaşıb” açıqlamasını hələlik ayrıca rəsmi bəyanatla təsdiqləməyib. Buna görə də açıqlama hazırda ABŞ Prezidentinin danışıqların gedişinə dair qiymətləndirməsi kimi təqdim olunur.