ABŞ prezidenti Donald Tramp son açıqlamalarında İranla bağlı bir sıra önəmli bəyanatlar verib. O bildirib ki, İranın artıq hava hücumundan müdafiə sistemi yoxdur və bu vəziyyətdə nə qədər davam gətirəcəkləri bəlli deyil. Tramp, “İranın bizə hücum etməsi mümkün deyil, çünki artıq hava müdafiəsi yoxdur. Bu həftə çox pis hadisələr yaşanacaq.” – deyə vurğulayıb.
Redaksiya xəbər verir ki, Tramp İranın danışıqlara meylli olduğunu bildirib: “Onlar müzakirə etmək istəyir. Hələ heç nə üçün gec deyil.” O, eyni zamanda iranlı rəsmilərin Ağ Evə gəlmək təklifi etdiyini, lakin özünün bu vəziyyətdən bezdiyini və İranın “qeyd-şərtsiz təslim olması” gərəkdiyini söyləyib.
ABŞ lideri əlavə edib ki, İsrailin baş naziri Benyamin Netanyahuyla danışaraq ona müharibəni davam etdirməli olduğunu söyləyib: “Netanyahu çox yaxşı iş görür,” – deyə Tramp qeyd edib.
Sevinc Kərimova
