ABŞ prezidenti Donald Tramp, İlon Maskın ölkədən çıxarılmasının mümkünlüyünü nəzərdən keçirdiklərini bildirib.
Redaksiya xəbər verir ki, Tramp məsələ ilə bağlı açıqlamasında, “Hökumət Səmərəliliyi Departamenti yaxın günlərdə Maskın fəaliyyətini araşdıracaq. Məncə, o, mənimlə oyun oynamamalıdır”, — deyə sərt xəbərdarlıq edib.
İlon Mask isə ilkin reaksiyasında vəziyyəti daha da gərginləşdirməmək üçün susduğunu bildirib: “Bunu daha da böyütmək çox cazibədardır, amma hələlik özümü saxlayıram”, — deyə Mask qısa açıqlama verib.
Sevinc Kərimova
