ABŞ Prezidenti Donald Tramp Pekində keçirdiyi uzun görüş günündən sonra dövlət ziyafətindən ayrılaraq otelinə qayıdıb.
Redaksiya məlumat verir ki, Tramp gün ərzində Çin lideri Si Cinpinlə görüşlər keçirib və ABŞ-Çin münasibətlərinin yaxşılaşacağına dair mesajlar verib.
Məlumata görə, ABŞ prezidenti gecəni Pekində keçirəcək. Onun növbəti gün saat 11:30 radələrində Si Cinpinlə yenidən görüşməsi planlaşdırılır.
Proqrama çay görüşü və nahar da daxildir. Bundan sonra Trampın Air Force One təyyarəsi ilə ABŞ-a qayıdacağı gözlənilir.
Səfər ticarət, texnologiya, Tayvan və beynəlxalq təhlükəsizlik məsələləri fonunda Vaşinqton və Pekin arasında münasibətlərin sabitləşdirilməsi cəhdi kimi qiymətləndirilir.
