Tramp hansı ölkələrə sülh gətirib?

Tramp hansı ölkələrə sülh gətirib?

Sevinc Kərimova · Siyasət ·

ABŞ prezidenti Donald Tramp dünya üzrə sülh təşəbbüsləri və regional proseslərlə bağlı yeni açıqlamalar verib və Nobel Barış Mükafatına bir neçə addım daha yaxınlaşıb.

Redaksiya xəbər verir ki, bu gecə Vaşinqtonda, Ağ Evdə keçirilən KonqoRuanda arasındakı sülh müqavilələri fonunda Tramp bəyanatlar verib. O bildirib ki; “Hindistan ilə Pakistan, İran ilə İsrail, Konqo ilə Ruanda və Serbiya ilə Kosovo arasında sülhü təmin etdik.

Tramp, həmçinin Qəzza ilə bağlı danışaraq, qarşıdakı günlərdə nəticə gözlədiyini vurğulayıb:

Gələn həftə ərzində Qəzzada atəşkəs əldə edəcəyimizi düşünürəm.

ABŞ prezidenti çıxışında İsrailin vəziyyətinə də toxunub:

Bu müharibədə İsrail çox zülm çəkdi.

Qeyd edək ki, Tramp administrasiyası son günlərdə Yaxın Şərqdə atəşkəs təşəbbüslərini intensivləşdirib. ABŞ rəhbərliyi eyni zamanda digər qlobal münaqişələrin diplomatik yollarla həllini prioritet hesab etdiyini açıqlayır.

Sevinc Kərimova