ABŞ prezidenti Donald Tramp Fars körfəzində bütün dəniz ticarəti, xüsusilə enerji daşıyan gəmilərin siyasi risklərə qarşı sığortalanması və maliyyə təhlükəsizliyinin təmin edilməsi barədə sərəncam verib.
Redaksiya məlumat verir ki, bu tədbirlər dərhal qüvvəyə minir və Amerika Birləşmiş Ştatlarının İnkişaf Maliyyəsi Korporasiyası (DFC) tərəfindən olduqca münasib qiymətlə bütün gəmiçilik şirkətlərinə təqdim olunacaq. Sərəncama əsasən, gərək olduqda ABŞ Hərbi Dəniz Qüvvələri Hormuz boğazından keçən tankerləri mümkün qədər tez müşayiət etməyə başlayacaq.
ABŞ prezidenti vurğulayıb ki, ölkəsi istənilən halda dünyaya enerjinin azad axınını təmin edəcək. O, həmçinin ABŞ-ın iqtisadi və hərbi qüdrətinin "yer üzündə ən böyük" olduğunu qeyd edib və gələcəkdə daha çox tədbirlərin görüləcəyini bildirib.
