Tramp: “Bu görüş mənim ən vacib toplantımdır”. Ərdoğan: "Razı qaldım"

Tramp: “Bu görüş mənim ən vacib toplantımdır”. Ərdoğan: "Razı qaldım"

Sevinc Kərimova · Siyasət ·

ABŞ Prezidenti Donald Tramp BMT çərçivəsində müsəlman ölkələri ilə keçirdiyi görüş barədə danışıb. O, bu görüşü ən mühüm toplantılardan biri adlandırıb.

Redaksiya xəbər verir ki, Tramp çıxışında “burada 32 görüş keçirdik. Amma bu, çox vacibdir, çünki biz bir şeyi bitirəcəyik. Bu, yəqin ki, heç vaxt başlamamalı idi” sözlərini işlədib.

Trampın sözlərinə görə, Qəzzada müharibəyə son qoymaq üçün aparılan bu müzakirələr regionun gələcəyi baxımından həlledici əhəmiyyət daşıyır.

Diqqət çəkən məqamlardan biri isə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdğanın protokol gərəyi ABŞ prezidenti Donald Trampın yanında, başda oturması olub.

Görüşdən dərhal sonra Ərdoğan jurnalistlərin suallarını cavablayarkən, CNN Türk jurnalisti Yunus Paksoyun ünvanladığı suala "Mən razıyam" cavabını verib.