ABŞ Prezidenti Donald Trampın administrasiyası qeyri-adi bir təşəbbüs üzərində işləyir: miqrantların müxtəlif ştatlarda yerinə yetirəcəkləri tapşırıqlarla ABŞ vətəndaşlığı qazana biləcəkləri bir televiziya proqramı layihəsi gündəmdədir.
Redaksiya Sky News-a istinadən xəbər verir ki, proqramın konsepti reallıq şousu formatında planlaşdırılır. Layihəyə görə, iştirakçılar – yəni qanuni statusda olan, lakin hələ vətəndaşlıq almamış miqrantlar – ölkənin müxtəlif bölgələrində cəmiyyətə faydalı işlərdə iştirak edəcək və mədəni inteqrasiyanı göstərə biləcəklər.
Proqramın əsas məqsədi həm ictimaiyyətə miqrasiya prosesini şəffaf şəkildə göstərmək, həm də bu şəxslərin ABŞ cəmiyyətinə uyğunlaşma səviyyəsini nümayiş etdirməkdir. Layihənin hələ ilkin mərhələdə olduğu, lakin Tramp administrasiyası daxilində ciddi şəkildə müzakirə edildiyi bildirilir.
Təklifin həyata keçirilməsi ABŞ-da miqrasiya və media siyasəti sahəsində yeni bir dönəmin başlanğıcı ola bilər. Bununla yanaşı, layihə həm hüquqi, həm də etik baxımdan geniş ictimai və siyasi müzakirələrə səbəb olub.
Sevinc Kərimova
