ABŞ prezidenti Donald Tramp bəyan edib ki, Vaşinqton metrosu polis nəzarətinə alınıb və paytaxta Milli Qvardiya qüvvələri yerləşdiriləcək. O, evsizlərin yaşadığı gecəqondu məhəllələrin ləğv ediləcəyini bildirib.
Redaksiya xəbər verir ki, Tramp bu tədbirlərin şəhərin təhlükəsizliyi və ictimai asayişin qorunması məqsədilə həyata keçirildiyini vurğulayıb. Onun sözlərinə görə, hökumət eyni zamanda evsizlərin sosial dəstək və reabilitasiya proqramlarına yönləndirilməsi üzərində işləyir.
Sosial ekspertlər isə bu yanaşmanın birmənalı qarşılanmadığını, bəzi qrupların onu sərt və insan haqları baxımından mübahisəli hesab etdiyini bildirirlər.
Sevinc Kərimova
