Çinin Şençjen şəhərində xüsusi polis qrupları ilə birlikdə patrul xidməti həyata keçirən humanoid robotun görüntüləri diqqət çəkib. Robotun ictimai təhlükəsizliyin təmin olunması məqsədilə polis əməkdaşları ilə eyni marşrut üzrə hərəkət etdiyi bildirilib.
Redaksiya məlumat verir ki, humanoid robot EngineAI şirkəti tərəfindən hazırlanıb və şəhərin məşhur turistik məkanlarından biri olan “Window of the World” ərazisində təhlükəsizlik patrullarında iştirak edib. Robotun əsas məqsədi ictimai yerlərdə asayişin qorunmasına texnoloji dəstək verməkdir.
Mütəxəssislər bu cür texnologiyaların gələcəkdə hüquq-mühafizə orqanlarının işini daha səmərəli edə biləcəyini qeyd edirlər. Qeyd olunur ki, robotların patrul xidmətinə cəlb edilməsi insan resurslarına düşən yükün azaldılmasına və təhlükəsizlik tədbirlərinin gücləndirilməsinə xidmət edə bilər.
