Qara Qarayev ağır bir itki yaşadı

Qara Qarayev ağır bir itki yaşadı

Yulduz Səlimov · Cəmiyyət ·

Tanınmış futbolçu, U-21 millisinin məşqçisi Qara Qarayev ağır bir itki yaşadı.

Mütəxəssisin atası Elxan Ağayev vəfat etdi.

Məlumata görə, o, müalicə aldığı Mərkəzi Gömrük Hospitalında dünyasını dəyişdi.

Qeyd edək ki, hazırda 21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının məşqçisi vəzifəsini icra edən Qara Qarayev uzun illər “Qarabağ” və “Neftçi” klublarının, eləcə də, əsas millinin aparıcı üzvü olub.