İran İsrail ve Kuveyt'e Yeni Saldırılar Düzenledi

İran İsrail ve Kuveyt'e Yeni Saldırılar Düzenledi

Sona Osmanova · Media ·

İran ordusu son saatlarda İsrail'in Təl-Əviv, Hayfa şəhərlərinə və ABŞ-nin Küveytdəki hərbi bazalarına yeni zərbələr endirdiyini bəyan edib.

Redaksiya bu barədə xarici və yerli KİV-lərə istinadən xəbər verir.

"Son saatlar ərzində ordunun hərbi hava və hərbi dəniz qüvvələri pilotsuz uçuş aparatlarından istifadə etməklə əməliyyatlar keçirib, Hayfa və Təl-Əvivdəki obyektləri, eləcə də ABŞ-nin Küveytdəki "Arifcan" düşərgəsində yerləşən mərkəz və bazalarını vurub", - deyə bəyanatda bildirilir.