İsrail mediası Qəzzada yaşanan humanitar fəlakətlə bağlı özündə ciddi tənqidi notlar daşıyan açıqlamalar yayımlayıb.
Redaksiya xəbər verir ki, Times of Israel nəşri Qəzzadakı aclığın savaş silahına çevrildiyini və bu vəziyyətin Yəhudi xalqını dərin bir mənəvi böhranla üz-üzə qoyduğunu yazıb.
Nəşrdə qeyd olunur ki, bölgədə yaşayan mülki əhali üçün ərzaq və içməli suya çıxış imkanları kritik səviyyədə məhduddur, bu isə beynəlxalq hüquq baxımından ciddi suallar doğurur.
Məqalədə həmçinin vurğulanır ki, bir xalqın tarixində aclıqla üzləşmiş bir cəmiyyətin, bu cür hadisələrə mənəvi susqunluqla yanaşması qəbuledilməzdir. Müəlliflər həm İsrail cəmiyyətini, həm də beynəlxalq ictimaiyyəti Qəzzadakı humanitar böhrana qarşı daha açıq və prinsipial mövqe sərgiləməyə çağırırlar.
Sevinc Kərimova
