Tim Kuk son WWDC təqdimatına hazırlaşır

Tim Kuk son WWDC təqdimatına hazırlaşır

Fərid Əlizadə · Media ·

Apple WWDC 2026 konfransının keçiriləcəyini elan edib.

Redaksiya xəbər verir ki, tədbirin 8 iyunda Bakı vaxtı ilə saat 21:00-da başlaması planlaşdırılır. Konfransda yeni iOS, iPadOS, watchOS, macOS versiyaları və yeni cihazların təqdim ediləcəyi gözlənilir.

Texnologiya dairələrində Tim Kukun WWDC 2026-da Apple CEO-su kimi son dəfə səhnəyə çıxa biləcəyi müzakirə olunur.

Bununla belə, Apple rəhbərliyində dəyişikliklə bağlı şirkət tərəfindən hələ rəsmi açıqlama verilməyib.

Tim Kuk 2011-ci ildən Apple-a rəhbərlik edir və şirkətin tarixində ən uzunmüddətli CEO-lardan biri hesab olunur.