Təhsil dünyasında inqilabi yenilik: tələbələr üçün hazırlanmış yeni süni intellekt (Sİ) agenti artıq elmi işləri, esse, kurs və diplom layihələrini avtomatik yaza bilir.
Redaksiya The Verge-ə istinadla xəbər verir ki, alət istifadəçidən yalnız mövzu və birinci abzas tələb edir. Sistem “/cite” komandasından sonra istənilən elmi məqalələri tapır, “/insert” əmri ilə isə mənbələri mətnə əlavə edir.
Chirpz AI Agentinin daxilində xüsusi “Deep Research” modulu mövcuddur — bu modul internetdəki bütün elmi mənbələri analiz edir, arqumentləri strukturlaşdırır və nəticədə tam elmi iş formatında sənəd yaradır. Hazır mətn bir toxunuşla LaTeX, Word və ya PDF formatına çevrilir.
Ekspertlər bu texnologiyanın təhsil prosesinə böyük təsir göstərəcəyini, lakin plagiat və akademik etika məsələlərində mübahisələr doğura biləcəyini bildirirlər.
