Tel-Əvivdə “Təşəkkürlər Prezident Tramp” – VİDEO

Tel-Əvivdə “Təşəkkürlər Prezident Tramp” – VİDEO

Sevinc Kərimova · Dünya ·

İsrailin paytaxtı Tel-Əvivdə yerləşən bir sıra elektron lövhələrdə ABŞ-ın İranın nüvə obyektlərinə qarşı həyata keçirdiyi hücumlara təşəkkür mahiyyəti daşıyan mesaj nümayiş etdirilib.

Redaksiya xəbər verir ki, şəhərin mərkəzi küçələrində quraşdırılmış rəqəmsal lövhələrdə “Təşəkkürlər Cənab Prezident (Tramp)” (“Thank you Mr. President”) sözləri əks olunub. Bu mesajın ABŞ-ın son hərbi əməliyyatlarına dəstək məqsədilə yayımlandığı bildirilir.

Hazırda bu təşəbbüslə bağlı İsrail rəsmiləri tərəfindən hər hansı rəsmi açıqlama verilməyib. Bununla belə, yayımlanan görüntü İsrail ictimaiyyətində və sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.

Sevinc Kərimova