“Tasnim”: Tehran Bab əl-Məndəb boğazını bağlaya bilər

“Tasnim”: Tehran Bab əl-Məndəb boğazını bağlaya bilər

Nizami Salmanov · Dünya ·

İrana qarşı quru əməliyyatı başlayarsa, Tehran Bab əl-Məndəb boğazını bağlaya bilər.

Bu barədə “Tasnim” xəbər agentliyi hərbi mənbəyə istinadla məlumat yayıb.

“Bab əl-Məndəb Süveyş kanalına gedən gəmilərin əhəmiyyətli bir hissəsini idarə edən vacib dəniz dəhlizidir. Boğaz Qırmızı dənizi Ədən körfəzi ilə birləşdirir və Yəmən ilə Eritreya arasında uzanır”, - məlumatda bildirilib.

Qeyd edək ki, ABŞ-nin İranın Xark adasını ələ keçirmək üçün quru əməliyyatına hazırlaşdığı barədə məlumatlar yayılıb.