Tarixi an: Yeni seçilmiş Papa XIV Leo – VİDEO

Tarixi an: Yeni seçilmiş Papa XIV Leo – VİDEO

Sevinc Kərimova · Dünya ·

Katolik dünyası üçün əlamətdar bir gün yaşanıb – amerikalı kardinal Robert Frensis Prevo (Robert Francis Prevost) papalığa seçilərək Papa XIV Leo adını alıb. O, bu vəzifəyə seçilən ilk ABŞ doğumlu pontifik olaraq tarixə düşüb.

Redaksiya xəbər verir ki, 69 yaşlı Prevo, Peru vətəndaşlığına da malikdir və uzun illər bu ölkədə missionerlik fəaliyyəti ilə məşğul olub. Onun seçimi Papa Fransiskin vəfatından sonra keçirilən konklavın dördüncü səsvermə mərhələsində gerçəkləşib.

Yeni Papa Vatikandakı Müqəddəs Pyotr Bazilikasının eyvanına çıxaraq minlərlə insanı "Hamınıza sülh olsun!" sözləri ilə salamlayıb. İlk nitqini italyan və ispan dillərində edən Papa XIV Leo birliyin, barışın və inklüzivliyin əhəmiyyətini vurğulayıb.

Papa seçilməsi dünya katolikləri, xüsusilə ABŞ və Peru ictimaiyyəti tərəfindən böyük coşqu ilə qarşılanıb. Onun əvvəllər yepiskopların idarəçisi kimi çalışdığı Müqəddəslər Dikasteriyası (Dicastery for Bishops) və pastor fəaliyyətləri, xalqa yaxınlığı ilə tanınan bir lider obrazını formalaşdırıb.

Yeni Papa ilə Katolik Kilsəsində həm tarix yazan bir dönüş, həm də sülh və dialoqla davam edən bir xətt gözlənilir.

[video width="848" height="476" mp4="https://api.redaksiya.az/uploads/2025/05/VID_20250509_023900_004.mp4"][/video]

Sevinc Kərimova