Ukrayna Prezidenti Volodimir Zelenski Suriya Prezidenti Əhməd Şaraa ilə görüş keçirib. Görüşün yekununda iki ölkə arasında diplomatik münasibətlərin bərpasını nəzərdə tutan Birgə Kommunike imzalanıb.
Redaksiya xəbər verir ki, Zelenski bu addımı əhəmiyyətli tarixi mərhələ adlandırıb: “Biz bu vacib addımı alqışlayırıq və Suriya xalqını sabitlik yolunda dəstəkləməyə hazırıq.”
Müzakirələrdə Əhməd Şaraa və Zelenski əməkdaşlığın inkişafı üçün perspektivli sahələr, hər iki ölkəyə yönələn təhlükəsizlik təhdidləri və onların qarşısının alınması məsələlərini ətraflı müzakirə ediblər.
Hər iki lider münasibətlərin qarşılıqlı hörmət və etimad prinsipləri üzərində qurulması barədə razılığa gəlib.
