Suriya Prezidenti Əhməd Şara azadlığın ildönümü münasibətilə verilən sualları cavablandırarkən qələbənin mahiyyəti ilə bağlı açıqlama verib. O, dini və simvolik yanaşmalardan uzaq, rasional mövqe sərgiləyərək uğurun səbəblərini izah edib.
Redaksiya xəbər verir ki, Prezident Əhməd Şara qələbənin möcüzə nəticəsində əldə olunmadığını bildirib. Onun sözlərinə görə, möcüzələr dövrü artıq geridə qalıb və real nəticələr yalnız ciddi və kütləvi hazırlıqla mümkündür.
Suriya lideri qeyd edib ki, əsl möcüzə uzunmüddətli planlama, hazırlıq və düzgün zamanlama nəticəsində yaranır. O, hazırlıqdan sonra “oxun buraxıldığını” və nəticənin düzgünlüyünün Allaha həvalə edildiyini vurğulayıb.
Prezident əlavə edib ki, problemlərin həlli yalnız evdə oturaraq ibadət etməklə mümkün deyil. Onun fikrincə, məsuliyyətli fəaliyyət, əzmkarlıq və əməli addımlar cəmiyyətin və dövlətin gələcəyi üçün əsas şərtlərdir.
