Starlink xəritəsində İranın rəngi dəyişdi: “Tezliklə əlçatan olacaq”

Starlink xəritəsində İranın rəngi dəyişdi: “Tezliklə əlçatan olacaq”

Fərid Əlizadə · Texnologiya ·

Starlink peyk internetinin rəsmi xəritəsində İranın rəngi bozdan tünd göy rəngli tona dəyişdirilib. Bu dəyişiklik Starlink xidmətinin İranda “tezliklə əlçatan olacağı” mənasını verir.

Redaksiya xəbər verir ki, daha əvvəl xəritədə boz rənglə göstərilən İran indi şirkətin “yaxın zamanda istifadəyə veriləcək bölgələr” üçün istifadə etdiyi tünd mavi rənglə əvəz olunub. Bu, ABŞ sanksiyalarına baxmayaraq, ölkədə peyk internetinin aktivləşdirilməsi ilə bağlı texniki və diplomatik proseslərin irəlilədiyinə işarə kimi dəyərləndirilir.

Starlink-in qlobal genişlənmə xəritəsində baş verən bu dəyişiklik, İranda internetə senzurasız çıxış imkanı axtaranlar üçün yeni ümid pəncərəsi aça bilər.

Fərid Əlizadə