Spirit Airlines ikinci dəfə iflas müraciətinə hazırlaşır

Spirit Airlines ikinci dəfə iflas müraciətinə hazırlaşır

Fərid Əlizadə · Turizm ·

ABŞ-ın Florida ştatında yerləşən Spirit Airlines şirkəti azalan nağd vəsait ehtiyatları və artan maliyyə itkiləri səbəbindən ikinci dəfə iflas müraciəti etməyə hazırlaşır.

Redaksiya The Wall Street Journal nəşrinə istinadla xəbər verir ki, aviaşirkət bu ayın əvvəlində öz maliyyə dayanıqlılığı ilə bağlı ciddi narahatlıqların olduğunu açıqlamışdı. Spirit Airlines ötən ilin noyabrında illərlə davam edən maliyyə çətinlikləri, uğursuz birləşmə cəhdləri və artan borc yükü fonunda iflas müdafiəsinə müraciət etmişdi. Bununla da şirkət 2011-ci ildən bəri ABŞ-da iflas edən ilk böyük aviaşirkət olmuşdu.

Spirit Airlines-in rəhbərliyi isə hazırda gündəmdə olan yeni iflas müraciəti ilə bağlı suallara cavab verməkdən imtina edib.

Fərid Əlizadə