SpaceX şirkətinin Starlink internet xidməti dünya üzrə çöküb

SpaceX şirkətinin Starlink internet xidməti dünya üzrə çöküb

Fərid Əlizadə · Texnologiya ·

SpaceX şirkətinə məxsus Starlink peyk internet xidməti bu gün dünya üzrə fəaliyyətində genişmiqyaslı fasilə ilə üzləşib.

Redaksiya xəbər verir ki, hazırda istifadəçilər dünyanın müxtəlif ölkələrindən Starlink internetinə qoşula bilmədiklərini bildirirlər. Fasilənin səbəbi barədə SpaceX şirkəti hələlik rəsmi açıqlama verməyib.

Xidmətin nə vaxt bərpa olunacağı da dəqiqləşdirilməyib. Mütəxəssislər problemin texniki nasazlıqdan qaynaqlandığını ehtimal edirlər. Starlink dünyanın bir çox bölgələrində, xüsusilə ucqar ərazilərdə internet bağlantısını təmin edən əsas texnologiyalardan biri hesab olunur.

Fərid Əlizadə