SOCAR-ın Qaz İxrac İdarəsinin qeyri-neft sektoru üzrə ixrac gəlirləri açıqlanıb

SOCAR-ın Qaz İxrac İdarəsinin qeyri-neft sektoru üzrə ixrac gəlirləri açıqlanıb

Aytac Dəniz · İqtisadiyyat ·

Bu ilin yanvar-sentyabr aylarında SOCAR-ın Qaz İxrac İdarəsi 7,7 milyon dollar dəyərində qeyri-neft məhsulu ixrac edib. Bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 39,4 milyon dollar və ya 83,7 faiz azdır.

Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) “İxrac İcmalı”nın oktyabr sayında bildirilib.

Qeyd edək ki, 2025-ci ilin yanvar-sentyabr aylarında SOCAR-ın Qaz İxrac İdarəsi ixrac gəlirləri 47,1 milyon dollar olub.