Slovakiya: Neft qiymətləri Trampın nə dərəcədə yaxşı yatmasından asılıdır

Slovakiya: Neft qiymətləri Trampın nə dərəcədə yaxşı yatmasından asılıdır

Nizami Salmanov · Media ·

Slovakiya Baş Naziri Robert Fiko neft qiymətlərinin ABŞ prezidenti Donald Trampın yuxu keyfiyyətindən asılı olduğunu vurğulayıb. O, bu məsələnin qlobal iqtisadiyyata təsirindən bəhs edib.

Redaksiya xəbər verir ki, baş nazir öz bəyanatında bildirib ki, onların ölkəsi neft qiymətlərinin təzyiqi altındadır. Bu vəziyyət birbaşa ABŞ prezidenti Donald Trampın nə dərəcədə yaxşı yatmasından asılıdır.

Fiko əlavə edib ki, ABŞ prezidenti Donald Tramp yaxşı yatdıqda neft qiymətləri enir. Lakin o, yaxşı yatmadıqda və hər hansı bir bəyanat verdikdə, neft qiymətləri avtomatik olaraq yüksəlir.