Bu gün biz Slovakiya ilə Azərbaycan arasındakı dostluq və tərəfdaşlıq münasibətlərində yeni mərhələnin başlandığına şahidlik edirik. Cənab Prezident İlham Əliyevin Slovakiyaya rəsmi səfəri, heç şübhəsiz ki, ölkələrimiz arasında mövcud olan siyasi, iqtisadi və strateji əməkdaşlığın daha da dərinləşməsinə xidmət edən mühüm hadisədir. Azərbaycan və Slovakiya uzun illərdir qarşılıqlı hörmətə, etimada və bərabərhüquqlu əməkdaşlığa əsaslanan əlaqələr qurublar. Bu səfər isə həmin əlaqələrin keyfiyyətcə yeni mərhələyə yüksəlməsinə şərait yaradır.
Aparılan yüksək səviyyəli görüşlər, imzalanan sənədlər və müzakirə olunan layihələr ikitərəfli münasibətlərin gələcək inkişaf strategiyasını müəyyən edir. Siyasi sahədə aparılan dialoq dövlətlərimiz arasında qarşılıqlı dəstəyin daha da güclənməsinə yol açır. Regional təhlükəsizlik, beynəlxalq əməkdaşlıq və qlobal çağırışlar müstəvisində Slovakiya və Azərbaycan ortaq mövqeləri bölüşməyə, sülh və sabitlik naminə birgə fəaliyyət göstərməyə hazır olduqlarını nümayiş etdirirlər. Eyni zamanda, iqtisadi sahədə əməkdaşlıq əlaqələri sürətlə genişlənir.
Enerji, sənaye, ticarət, nəqliyyat-logistika, yüksək texnologiyalar və yaşıl enerji kimi istiqamətlərdə böyük potensial mövcuddur. Cənab Prezidentin bu səfəri hər iki ölkənin işgüzar dairələri üçün yeni imkanlar açır, birgə layihələrin reallaşmasına stimul verir və qarşılıqlı investisiyaların artmasına şərait yaradır.
Azərbaycan Avropanın etibarlı tərəfdaşı kimi enerji təhlükəsizliyinə vacib töhfə verir, Slovakiya isə bu əməkdaşlığın güclənməsində maraqlı tərəfdir. Bu, təkcə iqtisadi mübadilələrin genişlənməsi deyil, həm də Avropa ilə Cənubi Qafqaz arasında strateji əlaqələrin möhkəmlənməsi deməkdir. Fikirlərimin sonunda qeyd etmək istəyirəm ki, bu tarixi səfər Slovakiya–Azərbaycan münasibətlərinin inkişaf dinamikasına yeni nəfəs gətirəcək, əməkdaşlığımızı daha da dərin və çoxşaxəli edəcək. Bu gün atılan addımlar gələcək illərdə, həm ölkələrimizin rifahına, həm də regional əməkdaşlığa böyük fayda verəcəkdir.
Cəmalə Məmmədova;
Neftçala rayonu
