Şimali Makedoniya baş naziri: Subaylara vergi tətbiqini nəzərdən keçiririk

Şimali Makedoniya baş naziri: Subaylara vergi tətbiqini nəzərdən keçiririk

Sevinc Kərimova · Dünya ·

Şimali Makedoniya baş naziri Xristijan Mitskoski ölkədə subaylara xüsusi vergi tətbiq olunmasının gündəmdə olduğunu açıqlayıb.

Redaksiya xəbər verir ki, Mitskoski bu addımın səbəbini azalan doğum nisbətləri və ölkənin demoqrafik gələcəyi ilə əlaqələndirib: “Doğum səviyyəsinin azalması ölkənin gələcəyi üçün ciddi təhlükədir. Ailə institutunun dəstəklənməsi hökumətin əsas prioritetlərindəndir” — deyə baş nazir bildirib.

Subaylıq vergisinin detallarının və tətbiq mexanizminin necə olacağı barədə isə hələlik rəsmi açıqlama verilməyib. Təklif ictimaiyyətdə müzakirələrə səbəb olub.

Sevinc Kərimova