Şimali Koreya Ukrayna müharibəsində Rusiya tərəfində iştirakını təsdiqlədi — Yonhap

Şimali Koreya Ukrayna müharibəsində Rusiya tərəfində iştirakını təsdiqlədi — Yonhap

Sevinc Kərimova · Dünya ·

Redaksiya Cənubi Koreyanın Yonhap xəbər agentliyinə istinadla verdiyi məlumata görə, Şimali Koreya Ukrayna müharibəsində Rusiyanın tərəfində rəsmi şəkildə iştirak etdiyini təsdiqləyib.

Məlumata əsasən, Şimali Koreya lideri Kim Çen In bu qərarı Şimali Koreya ilə Rusiya arasında imzalanmış qarşılıqlı müdafiə sazişinin 4-cü maddəsinə əsaslanaraq qəbul edib və bu barədə rəsmi olaraq Moskvaya bildiriş göndərilib.

Bu addım, aylardır Rusiya dövlət mediası və Rusiya tərəfdarı olan müşahidəçilər tərəfindən təkzib edilən iddiaları təsdiqləmiş olur. Şimali Koreyanın müharibəyə rəsmi şəkildə qoşulması beynəlxalq aləmdə ciddi narahatlıq doğurub və münaqişənin daha da genişlənməsi ehtimalını gündəmə gətirib.

Hadisə ilə bağlı hələlik Moskva və Kiyev tərəfindən rəsmi açıqlamalar verilməyib.

Sevinc Kərimova