“Səyyar Gənclər Xidməti” layihəsinin Laçında bağlanış tədbiri keçirilib

“Səyyar Gənclər Xidməti” layihəsinin Laçında bağlanış tədbiri keçirilib

Aytac Dəniz · Cəmiyyət ·

Azərbaycan Respublikasının Gənclər Fondunun “Səyyar Gənclər Xidməti” layihəsinin Laçında bağlanış tədbiri keçirilib.

Tədbirdə Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin rəsmisi Hüseyn Quliyev və Gənclər Fondunun icraçı direktoru vəzifəsini icra edən Yusif Vəliyev çıxış edərək layihənin gənclərin inkişafında, ictimai fəallığının artırılmasında və dövlətçilik dəyərlərinin təşviqində rolunu vurğulayıblar.

Qeyd edək ki, iyun ayından fəaliyyətə başlayan layihə 6 ay ərzində ölkənin 20 şəhər və rayonunda 8 mindən çox gənci əhatə edib. Layihə çərçivəsində 1000-dən çox fəaliyyət təşkil olunaraq gənclərin bilik və bacarıqlarının inkişafına, yaradıcı potensialının üzə çıxarılmasına və ictimai iştirakçılığının artırılmasına dəstək göstərilib.

Layihə Gənclərin İnkişaf və Karyera Mərkəzi və “Gənc Könüllülər” İctimai Birliyinin tərəfdaşlığı ilə həyata keçirilib.