Şəxsi məlumatları internetdən silmək üçün addım-addım bələdçi

Şəxsi məlumatları internetdən silmək üçün addım-addım bələdçi

Fərid Əlizadə · Texnologiya ·

İnternetdəki izlərinizi tam şəkildə təmizləmək istəyirsinizsə, bu ardıcıllıq məlumatlarınızın təhlükəsizliyi üçün ən effektiv üsulları təqdim edir.

Redaksiya xəbər verir ki, kibertəhlükəsizlik üzrə mütəxəssislərin tövsiyə etdiyi bu addımlar şəxsi məlumatlarınızdan sui-istifadə edilməsinin qarşısını almağa kömək edir.

  1. Axtarışdan başlayın
    Adınızı, e-poçtunuzu və istifadə etdiyiniz ləqəbləri brauzerdə axtarın.
    Əlavə alətlər:
    Namechk – niklərin 90-dan çox servisdə yoxlanması
    Web Cleaner – paralel şəkildə bir neçə axtarış sistemində yoxlama
  2. Köhnə hesabları silin
    JustDeleteMe vasitəsilə istifadə etdiyiniz platformalardakı hesabları təmizləyin.
    Google/Apple bölməsində “Təhlükəsizlik” hissəsindən köhnə tətbiqlərin giriş icazələrini ləğv edin.
  3. Yayılan yanlış və ya kompromat məlumatları silin
    Axtarışda sizinlə bağlı yalan və ya xoşagəlməz məlumatlar çıxarsa, “unudulmaq hüququ”ndan istifadə edin.
    Yandex, Google, Bing və Mail.ru xidmətlərinə müraciət göndərin — linklər axtarışdan silinəcək.
    Məlumatlar konkret saytda yerləşirsə, who.is vasitəsilə sayt sahibini tapın və silinməsini tələb edin.
    Archive.org-a yazaraq səhifə arxivlərinin də silinməsini istəyin.
  4. Gələcək üçün müdafiə sistemləri qurun
    Məlumat sızıntılarına nəzarət funksiyasını aktiv edin.
    Sosial şəbəkələrdə və əməliyyat sistemlərində məxfilik ayarlarını gücləndirin.
  5. E-poçtunuzu təmizləyin
    “Şifrə”, “pasport”, “kod” kimi sözlər olan məktubları silin.
    Lazımsız bülletenlərdən çıxın.
    Şəxsi məlumatlarınızı poçt qutusunda saxlamayın.
  6. Cihazlarınızda izləri silin
    Brauzerin tarixçəsini, kukilərini və keşini mütəmadi təmizləyin (mümkünsə avtomatik rejimdə).
    Telefonunuzda reklam ID-sini deaktiv edin (Android/iOS ayarlarında).

Bu addımları yadda saxlayın və yaxınlarınıza da göndərin.