Səudiyyənin "The Line" layihəsi təxirə salındı - VİDEO

Səudiyyənin "The Line" layihəsi təxirə salındı - VİDEO

Nizami Salmanov · Media ·

Səudiyyə Ərəbistanının Neomda yerləşən The Line adlı futuristik meqaşəhər layihəsi üzrə planlar dəyişib.

Redaksiya xəbər verir ki, əvvəlcə 170 kilometr uzunluğunda nəhəng şəhər kimi təqdim edilən layihə artan xərclər və ciddi logistika çətinlikləri səbəbindən xeyli kiçildilib.

Layihənin tamamilə ləğv edilmədiyi, lakin ilkin qrafik üzrə irəliləməsinin qeyri-müəyyən müddətə təxirə salındığı bildirilir.

The Line NEOM layihəsinin ən iddialı hissələrindən biri kimi təqdim olunurdu. Plan şəhərin avtomobilsiz, sıfır emissiyalı və süni intellektlə idarə olunan yüksək texnologiyalı yaşayış zonası olmasını nəzərdə tuturdu.

Lakin 1 trilyon dollarlıq ümumi xərc, səhrada nəhəng infrastrukturun qurulması, tikinti materiallarının daşınması və mühəndislik çətinlikləri layihənin real icrasını ağırlaşdırıb.

Səudiyyə rəsmiləri layihənin hələ də Vision 2030 strategiyasının bir hissəsi olaraq qaldığını bildirirlər.

Ekspertlər isə hesab edirlər ki, The Line-ın kiçildilməsi Səudiyyənin meqa-layihələrində daha real büdcə və mərhələli icra modelinə keçdiyini göstərir.