2005-ci ildə baş vermiş yol qəzasından sonra komaya düşən Səudiyyə şahzadəsi Əl-Valid bin Xalid bin Təlal Əl Səud 36 yaşında vəfat edib.
Redaksiya xəbər verir ki, şahzadə qəzada beyninə qan sızması keçirmiş və o vaxtdan etibarən Ər-Riyadda yerləşən Kral Əbdüləziz Tibb Şəhərində süni tənəffüs aparatı ilə həyatda saxlanılmışdı. O, 20 ildən artıq müddətdə daimi tibbi nəzarət altında olmuşdu.
“Yuxuda olan şahzadə” kimi tanınan Əl-Validin uzun sürən həyat mübarizəsi ərəb dünyasında geniş rezonans doğurmuşdu. Onun vəfatı ailəsi və ölkə ictimaiyyəti tərəfindən dərin hüznlə qarşılanıb.
Sevinc Kərimova
