Səudiyyə Ərəbistanının xarici işlər naziri Faysal bin Fərhan İsrail-Fələstin münaqişəsi ilə bağlı mühüm açıqlama verib. Onun sözlərinə görə, bölgədə ədalətli və dayanıqlı sülhün təmin olunması üçün iki dövlətli həll yeganə real yoldur.
Redaksiya xəbər verir ki, nazir bütün beynəlxalq ictimaiyyəti, xüsusilə də təsir gücü olan dövlətləri bu istiqamətdə konkret addımlar atmağa çağırıb. “İki dövlətli həllin həyata keçməsi üçün hər kəsin üzərinə məsuliyyət düşür. Bütün ölkələri bu prosesi dəstəkləməyə dəvət edirik,” – deyə bin Fərhan vurğulayıb.
Nazir həmçinin, Fələstin xalqının beynəlxalq hüquqa əsaslanan müstəqil dövlət qurmaq haqqını dəstəklədiklərini bir daha bəyan edib. Açıq bəyanatın, regional və qlobal diplomatik səyləri gücləndirəcəyi gözlənilir.
Sevinc Kərimova
