Serbiyada aylardır davam edən hökumət əleyhinə etirazlar bir neçə şəhərdə zorakı qarşıdurmalara səbəb olub.
Redaksiya xəbər verir ki, paytaxt Belqrad, Novi Sad və Niş şəhərlərində Prezident Aleksandar Vuçiçin tərəfdarları ilə əleyhdarları arasında toqquşmalar baş verib. Etirazçılar seçki nəticələrinin ləğvini və korrupsiyaya qarşı ciddi tədbirlər görülməsini tələb edirlər.
Şahidlərin sözlərinə görə, bəzi yerlərdə polis kütləni dağıtmaq üçün gözyaşardıcı qaz və su şırnağından istifadə edib. Hadisələr nəticəsində yaralananların olduğu, bir neçə nəfərin saxlanıldığı bildirilib.
Sevinc Kərimova
