Serbiya Prezidenti Aleksandar Vuçiç: “Türkiyəni hədələmək üçün çox kiçik ölkəyik”

Serbiya Prezidenti Aleksandar Vuçiç: “Türkiyəni hədələmək üçün çox kiçik ölkəyik”

Sevinc Kərimova · Siyasət ·

Serbiya Prezidenti Aleksandar Vuçiç, Türkiyə ilə bağlı açıqlamasında yanlış anlaşıldığını bildirib.

Redaksiya xəbər verir ki, Vuçiç Türkiyəni hədələdiyi iddialarına cavab verərək deyib:
Türkiyəni hədələyirik? Bunun üçün çox kiçik bir ölkəyik. Türkiyə çox böyük bir gücdür, NATO-nun ən böyük ikinci hərbi qüvvəsidir. Mənim dediyim yeganə şey ‘Mesajı aldıq’ idi.

Xatırladaq ki, bundan öncə Vuçiç Türkiyənin Balkanlarda oynadığı rolu tənqid edərək belə demişdi:
Türkiyənin Qərbi Balkanlarda sabitlik istəmədiyi və Osmanlı İmperiyasını yenidən qurmağı xəyal etdiyi çox açıqdır. Serbiya kiçik bir ölkədir, amma onların əsl niyyətlərini anlayırıq.”

Bu açıqlamaların ardınca Belqrad–Ankara xəttində diplomatik gərginliyin artdığı bildirilir.