San Dieqo hava limanında bomba həyəcanı. Təyyarəyə müdaxilə edildi – VİDEO

San Dieqo hava limanında bomba həyəcanı. Təyyarəyə müdaxilə edildi – VİDEO

Sevinc Kərimova · Dünya ·

ABŞ-ın Kaliforniya ştatındakı San Dieqo Beynəlxalq Hava Limanında bomba həyəcanı yaşanıb. Uçmağa hazırlaşan sərnişin təyyarəsinə bomba yerləşdirildiyinə dair anonim xəbərdarlıq alındıqdan sonra təhlükəsizlik qüvvələri dərhal hərəkətə keçib.

Redaksiya ABC telekanalına istinadən xəbər verir ki, təhlükəsizlik qüvvələri təyyarəyə dərhal müdaxilə edərək onu uçuş zolağından çıxarıb və sərnişinləri təxliyə edib. Təyyarədə axtarış aparılıb, xüsusi bomba mütəxəssisləri və itlərlə yoxlama prosesi həyata keçirilib.

Hadisə zamanı xəsarət alan olmayıb. Təyyarənin aid olduğu hava yolu şirkəti və bomba xəbəri ilə bağlı daha ətraflı məlumat hələlik açıqlanmayıb.

Təhlükəsizlik orqanları hadisənin saxta xəbər olub-olmadığını müəyyənləşdirmək üçün istintaqa başlayıb. San Dieqo hava limanında uçuşların qısa müddətli gecikmələrlə davam etdiyi bildirilib.

Sevinc Kərimova