Samsung-un qlobal mənfəət strategiyası və gələcək planları

Samsung-un qlobal mənfəət strategiyası və gələcək planları

Səidə Əsədli · Texnologiya ·

Beynəlxalq maliyyə dairələrində yayılan yeni proqnozlara görə, Cənubi Koreyanın texnologiya nəhəngi Samsung yaxın illərdə dünyanın ən gəlirli şirkətinə çevrilə bilər. Analitiklərin fikrincə, şirkətin xüsusilə yarımkeçirici və yaddaş texnologiyaları sahəsində artan payı bu yüksəlişin əsas səbəblərindən biridir.

Redaksiya xəbər verir ki, Morgan Stanley tərəfindən hazırlanan son hesabatda Samsung-un xalis mənfəətinin 2027-ci ilə qədər 163 milyard dollar səviyyəsinə çata biləcəyi proqnozlaşdırılır. Hesabata əsasən, bu göstərici Google, Apple, Microsoft və Nvidia şirkətlərinin ümumi mənfəətindən daha yüksək ola bilər.

Mütəxəssislər bu artımın əsas səbəbi kimi qlobal miqyasda yaranmış yaddaş böhranını göstərirlər. Süni intellekt, böyük məlumat bazaları və məlumat mərkəzlərinə tələbatın sürətlə artması yaddaş daşıyıcılarına olan ehtiyacı kəskin şəkildə yüksəldib. Nəticədə, bu sahədə fəaliyyət göstərən istehsalçılar, xüsusilə Samsung, mövcud vəziyyətdən ciddi maliyyə qazancı əldə edirlər.

Analitiklərin qənaətinə görə, Samsung-un texnoloji üstünlükləri, istehsal gücü və strateji investisiyaları şirkətə rəqiblər üzərində əlavə üstünlük qazandırır. Bu tendensiyanın davam edəcəyi təqdirdə, şirkətin qlobal texnologiya bazarındakı mövqeyinin daha da möhkəmlənəcəyi və maliyyə liderliyini uzunmüddətli perspektivdə qoruyacağı istisna edilmir.